43 yaşayış məntəqəsinə qaz verilib

43 yaşayış məntəqəsinə qaz verilib
  12 Aprel 2013    Oxunub:1454
Yanvar-mart aylarında 43 yaşayış məntəqəsi qazlaşdırılıb
ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi istehlakçıların təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir.

AzVision.az xəbər verir ki, ilin birinci rübündə ölkə üzrə 43 yaşayış məntəqəsi qazlaşdırılıb. Yanvar-mart aylarında əhali kateqoriyasına aid 45279 yeni abonent təbii qazla təmin olunub ki, bunun da 35625-i regionların, 9654-ü isə Bakı şəhərinin payına düşüb.

Müvafiq dövr ərzində əhali kateqoriyasından olan abonentlərin mənzillərində ümumilikdə 173794 sayğac quraşdırılmış və ya əvəz olunub ki, bunun da 117206-sı “smart-kart” tipli sayğacdır. Birinci rübdə 2938,6 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilib, 903,18 kilometr uzunluğunda kəmərdə isə əsaslı təmir işlərib aparılıb.


Teqlər:





Xəbər lenti