Naxçıvanda məktəbli maksimum bal topladı

   Naxçıvanda məktəbli maksimum bal topladı
  18 May 2023    Oxunub:1455
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 30-da keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb.
AzVision.az xəbər verir ki, imtahanda 1 nəfər maksimum - 300 bal toplayıb.

Yüksək nəticə göstərən şagird Naxçıvan Qarnizonunun tam orta məktəbində təhsil alan Məmmədli Məhəmməd Qurban oğludur.

Qeyd edək ki, aprelin 16-da keçirilən imtahanda da 1 nəfər – Akademik Zərifə Əliyeva adına liseyin şagirdi maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

AzVision.az


Teqlər:





Xəbər lenti