"Biz qırmızı diplomlulara güzəşt etmirik"

   "Biz qırmızı diplomlulara güzəşt etmirik"
  16 May 2023    Oxunub:1412
"Qırmızı diplomlarla bağlı müzakirələr yaxşıdır, lakin hansı güzəştlərin olması təklif edilməlidir. Biz güzəşti etmirik, onu işə götürən, bazar müəyyən edir. Lakin dünyada artıq diplomlardan, kağızlardan çox bilik rol oynayır".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. Onun sözlərinə görə, güzəşt doğru və dürüst olmalıdır:
Uşaqların müdafiəsi idarəsi yaradılıb


"Mən 10 il əvvəl qırmızı diplom almışam və bu gün müsabiqədə iştirak etməməyim düzgün deyil, çünki bilik fərqlidir. Qırmızı diplom bilik və bacarığın əksidirsə, haqlıdır. Yox sadəcə rəngidirsə, o zaman güzəşt edilməsi düzgün deyil".

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti