Uşaqların müdafiəsi idarəsi yaradılıb

   Uşaqların müdafiəsi idarəsi yaradılıb
  16 May 2023    Oxunub:2319
"Təhsil olan yerdə təhsildən yayınma hallarının olması gözləniləndir. Əsas məsələ bu kimi halların qarşısının alınması istiqamətində aidiyyəti qurumların birgə çalışmasıdır".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə artıq uşaqların müdafiəsi idarəsi də yaradılıb: "İdarənin fəaliyyətinin qurulması üçün işlər görülür. İdarə bu kimi hallarla bağlı müvafiq qurumlarla birgə işləyəcək. Beləliklə, şagirdlərin daha təhlükəsiz şəraitdə təhsil alması üçün şərait yaratmış olacayıq".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti