"Mən indiki uşaqlardan iki il artıq təhsil almışam" - Emin Əmrullayev

   "Mən indiki uşaqlardan iki il artıq təhsil almışam" -    Emin Əmrullayev
  16 May 2023    Oxunub:1489
"Etiraf edək ki, uşaqlar indi daha az məktəbə gedir. Məsələn, mən 10 il hər şənbə günü məktəbə getməklə indiki uşaqlardan 2 il artıq tədris almışam". AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, tədris ili nə qədər uzun olarsa, istirahət günlərini çıxmaqla uşaqların gələcəyi üçün daha yaxşı addımdır:
"Bizim işimiz peşəkar idmançı yetişdirmək deyil"


"İnkişaf etmiş ölkələrdə tətillər yayda yox, qışdadır. Bizdə isə 3 aylıq tətil müddəti var. Təhsil işçisi olaraq bildirim ki, tədris müddəti nə qədər çox olsa, o qədər yaxşı tədris olar. Fikrimcə, məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha uyğun olardı. Bu sadəcə istəkdir. Tədris ili qısaldıqca təhsildən gözləntilər azalır. Bizim isə təhsildən gözləntilərimiz çoxdur".

Aytən zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti