Avropada süni intellektdən istifadə məhdudlaşdırılır

   Avropada süni intellektdən istifadə məhdudlaşdırılır
  12 May 2023    Oxunub:2662
ABŞ alimlərinin süni intellektlə bağlı narahatedici açıqlamalarından sonra Avropa Birliyi tətbiqdən istifadəyə məhdudiyyətlər qoymağa hazırlaşır.
Belə ki, Avropa Parlamentinin komitələri ChatGPT kimi müxtəlif süni intellekt texnologiyalarına sərt qaydalar tətbiq edəcək yeni qanunun əhatə dairəsini müəyyən edib. Artıq daxili bazar və vətəndaş azadlıqları komitələrinin iclasında qanunvericilik hazırlıqları müzakirə edilib.

Layihəyə görə, süni intellekt sistemləri insan tərəfindən idarə olunmalı, ayrıseçkilik etmədən, təhlükəsiz, şəffaf, izlənilə bilən və ətraf mühitə uyğun olmalıdır. İnsan təhlükəsizliyi üçün qəbuledilməz risk yaradan süni intellekt sistemləri qadağan ediləcək. Bura şüuraltı və ya qəsdən manipulyasiya üsullarını tətbiq edən, insanların zəif yerlərini müəyyən edən və sosial qiymətləndirmə üçün istifadə edilən sistemlər daxil olacaq.

Cins, irq, etnik mənsubiyyət, vətəndaşlıq statusu, din, siyasi oriyentasiya kimi həssas elementlərdən istifadə edən biometrik təsnifat sistemləri qadağan ediləcək. Hüquq-mühafizə, sərhəd orqanları, iş yerləri və təhsil müəssisələri emosiyaların identifikasiyası sistemlərindən istifadə edə bilməyəcəklər.

Süni intelekt sistemləri insanların sağlamlığına, təhlükəsizliyinə, əsas hüquqlarına və ya ətraf mühitə dəyən zərəri əhatə edəcək şəkildə genişləndiriləcək.

Siyasi kampaniyalarda seçicilərə təsir etmək üçün bundan istifadə yüksək risk kateqoriyasına düşəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti