Seymurun qarnındakı qurbağanın atası danışdı

Seymurun qarnındakı qurbağanın atası danışdı
  28 May 2014    Oxunub:1373
Emin Piri

Bizim yazarların qəribə azarı var. Buraxın yaradıcılığı, boş verin var-dövləti, elə şöhrəti də. Bu adamların içi o qədər kinlə doludur ki, bir-birinin bədbəxtliyini belə qısqanırlar. Fransız kralı kimi hər gəlinlik paltarında özləri gəlin, hər tabutda aparılan ölü olmaq istəyirlər. Təki, hamı onlardan danışsın.


Hə, elə biri bizim bu Seymur Baycan. Deyir içimdə qalıb. Yekə kişisən, əgüb söhbətdir. Sumqayıtda məhlələrdə həmişə belə söhbət olur ki, kişinin içində qalmaz.

İkincisi, özünü də yazar hesab edirsən. Bir yazarın ki, söz içində qalır, deyə bilmir, vay, onda ədəbiyyatın halına. Başqalarından nə gözləyəsən?!

Elə, saytları ələk-vələk edirdim. Qapının ağzında qur-qur eşitdim. Açdım, orta statistik bir göl qurbağasıydı. Əlinə gözünə aparıb hönkür-hönkür ağladı: `Emin, başuva dönüm, məni biabırçılıqdan qurtar`.

Hə, elə beləcə söhbətimiz baş tutdu.

- Seymurla necə tanış olmusunuz?

- Tiflisdə kafelərin birində. Arvadım yeni acıq edib getmişdi. Depresiyyada idim. Kafelərdən birinə girdim. Rumkalarda qalmış artıq araqları içirdim. Allah pulsuzluğun üzünü qara etsin. Dediyim kimi dərdli idim. Gördüm mənim kimi kimsə quruldayır. Amma ayrı cür quruldayır. Belə dərdli-dərdli quruldamaq idi. Gölə dəvət etdim ki, dərdləşək, bir az da içək.

- Məlum hadisə necə baş verdi?

- Allah onun evini yıxsın. Məni hamıya biabır etdi. Bu göldə hamı məni kişi kimi tanıyırdı. Adım çıxsa necə olacaq?! Bu hadisə üzə çıxsa arvadım heç vaxt geri qayıtmayacaq. Hələ bizi çoxdan ayırmaq istəyən qaynanamın əlinə çəm düşəcək.

- Sualdan niyə yayınırsan? Söhbət körpə bir çömçəquyruğun taleyindən gedir, sənsə qaynanandan danışırsan.

- Yayınmıram, olduğu kimi danışıram.

- Mən sizdən onun qarnındakı qurbağadan danışıram. Bəlkə geniş...

- (Sözümü kəsir) Bax, danışmışıq ha. Adım və şəklim getməsin. Hə, göldə bir az içdik. Amma inanın ki, yaxın əlaqə olmadı. Sadəcə içkili olduğumdan bilmədən stəkanın içinə... eh....

- Aydındır, Seymur da həmin stəkandan suyu içdi...

- Hə.

- Bundan sonrası nə olacaq? Nə də olsa, bu, süni mayalandırma sayılır. Və siz onun qarındakı qurbağanın atasısınız.

- Olan olub. Amma Seymurdan xahiş edirəm nə qədər qarnındadı, balamdan muğayat olsun. Ağır işlər görməsin. Ümumiyyətlə jurnalistlərə baş qoşmasın. Əsəbləşməsin. Sağ-salamat onu dünyaya gətirsin. (Kövrəlir).

- Deməli razısınız o qurbağanın dünyaya gəlməsinə?

- Ruhi dispanserlərin birində görüşdük. Dedim onu saldırsın. Razı olmadı ağladı, kövrəldi. Mən də inad etmədim. Həm də artıq gecdir. Bundan sonra abort etdirmək günahdır. Həm də Seymurun səhhətinə də ziyandır.

- Yaxşı, Seymur sonradan aliment istəsə...

- Deyirəm axı, içkiliydim. Onunla tanış olduğum günə gölə qara daş yağaydı. Neynri etsin, təki adımı çıxartmasın.

- Onsuz da xeyri yoxdur. Xoşqədəm Suriyadan dönən kimi səni hansı gölün deşiyində olsan, tapıb çıxaracaq.

- Allah onun da bəlasını versin!

Dikatafondan söhbəti geniş köçürmədiyimdən yalnız bir hissəsini verməli oldum, amma özümdən aslı olmadan mən də kövrəlirəm. Beş dəqiqəlik kefə görə çömçəquyruqların taleyinə bu qədər biganə yanaşmaq olarmı? Qurbağa qəlbiniz heç daşa dönmür?


Teqlər:





Xəbər lenti