Ərdoğan Sudanda vəziyyətin normallaşması üçün vasitəçilik təklif edib

 Ərdoğan Sudanda vəziyyətin normallaşması üçün vasitəçilik təklif edib
  09 May 2023    Oxunub:1365
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sudan Suverenlik Şurasının sədri general Əbdülfəttah Əbdürrəhman əl-Burhan ilə tdanışıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə Sudandakı hadisələr müzakirə edilib.

Ərdoğan görüş zamanı Sudanda vətəndaş müharibəsində ölən və yaralananların artması ilə bağlı kədər və narahatlığını dilə gətirib. O, danışıqlara ev sahibliyi etməyə hazır olduqlarını da vurğulayıb.

Türkiyə prezidenti vurğulayıb ki, Sudan xalqının təcili humanitar ehtiyaclarının qarşılanması üçün Birləşmiş Millətlər Təşkilatı ilə təmasda səylərini davam etdirəcək.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti