Türkiyə ATƏT-in iki nümayəndəsini seçkiyə buraxmadı

   Türkiyə ATƏT-in iki nümayəndəsini seçkiyə buraxmadı
  08 May 2023    Oxunub:1150
Türkiyə mayın 14-nə təyin edilmiş ümumi seçkilərdə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının müşahidə missiyasınün üzvləri Danimarkalı deputat Syeren Syennergor və onun isveçli həmkarı Kadir Kasirganın akkreditasiyalarını ləğv edib.
Bu münasibətlə ATƏT-in Qısamüddətli Müşahidəçilər Missiyasının xüsusi əlaqələndiricisi Maxael Georq Link və ATƏT PA-nın nümayəndə heyətinin rəhbəri Fərəh Kərimi birgə bəyanatla çıxış ediblər. ATƏT qeyd edib ki, ev sahibi ölkə müşahidə missiyasının tərkibinə birbaşa və ya dolayısı ilə təsir göstərməməlidir. Ümumilikdə ATƏT PA Türkiyəyə 100-ə yaxın müşahidəçi göndərib.

AzVision.az


Teqlər:





Xəbər lenti