Morninqstar AFU-dan danışdı

Morninqstar AFU-dan danışdı
  11 Aprel 2013    Oxunub:1469
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar AFU-nun bir qrup nümayəndəsi ilə görüşüb
Azərbaycan hökuməti nümayənədələrinin dünən Azad Fikir Universitetinin ofisini möhürləməsi barədə xəbərin ardınca, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar əvvəldən nəzərdə tutulan çıxışını etmək üçün AFU-nun bir qrup nümayəndəsi ilə görüşüb.

ABŞ səfirliyindən AzVision.az-a verilən məlumata görə, səfir Azad Fikir Universitetinin həyata keçirdiyi işləri yüksək qiymətləndirərək, “Burada olmaqdan şərəf duyuram,” deyə bildirib. O, qeyd edib ki, AFU demokratik islahatlar, müstəqil media, insan hüquqları və qanunun aliliyini inkişaf etdirmək yönündə yeni media vasitələrindən innovativ formada istifadəyə görə ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı Missiyası tərəfindən “2010-ci ildə İnternet vasitəsilə Söz Azadlığı üçün Səfir Mükafatı” ilə təltif olunub.

Cənab Morninqstar qeyd edib ki, səfirlik ölkəyə səfər edən rəsmiləri Azad Fikir Universitetində görüşlərini təşkil edir, çünki AFU “istənilən yaxşı universitetin kampusunda mövcud olan” faydalı müzakirələr üçün əlverişli forum təklif edir.

“Sualla cavab verməzdən əvvəl səfir deyibi: “Mən Azərbaycanın dostuyam, və mən onun 1991-ci ildə müstəqilliyini qazandıqdan sonra əldə etdiyi nailiyyətlərə heyranam, lakin etirazlarda və vətəndaş cəmiyyəti hərəkatında fəal iştirak edən gənclərin saxlanılması və dindirilməsi daxil olmaqla, bu ilki etirazlara qarşı hökumətin reaksiyası məni narahat edir. Dünən axşam rəsmilər tərəfindən Azad Fikir Universiteti ofisinin bağlanılması barədə məlumatı eşitmək məni xüsusilə məyus etdi”.

“Mən inanıram ki, dinc etirazlara hörmətlə yanaşma, müstəqil və şəffaf məhkəmələr, eləcə də hökumətin vətəndaşlarla, xüsusilə də gənclərə münasibəti onların əsaslı tələblərini cavablandırmaq üçün demokratik hökumətlərin öz fundamental sabitliyini təmin etməyin ən yaxşı və təsirli yollarıdır”-deyə səfir qeyd edib.
Riçard Morninqstar vurğulayıb ki, Azərbaycan regional və enerji təhlükəsizliyi sahəsində ABŞ-ın güclü və dəyərli tərəfdaşıdır, lakin regional və enerji təhlükəsizliyi demokratik və iqtisadi islahatları özündə birləşdirən daha geniş əlaqələrin bir hissəsidir.

“ABŞ-ın dünyada demokratik inkişafa dəstəyi bizim dəyərləri əks etdirir, amma, bu həm də praqmatik mülahizələrə əsaslanmışdır” - deyən səfir Morninqstar sonda qeyd edib:

“Keçmiş dövlət katibi Klintonun Bakıya səfərlərinin birində dediyi kimi, bizim ən yaxın əlaqələrimiz vətəndaşlarının geniş insan hüquqlarına hörmət edən ölkələrdir. Biz dünyada müxtəlif çağırışların öhdəsindən gəlməyi bacaran güclü tərəfdaşlara ehtiyacımız var, eləcə də güclü demokratiyalar bizim ən güclü tərəfdaşlarımızdır”.


Teqlər:  





Xəbər lenti