Araz Ağalarov Eminin şad günündə - VİDEO + FOTOLAR

Araz Ağalarov Eminin şad günündə - VİDEO + FOTOLAR
  27 May 2014    Oxunub:3269
Məşhur müğənni-bəstəkar Emin ukraynalı ifaçı Svetlana Loboda ilə çəkdirdiyi "Смотришь в небо" klipinin prezentasiya görüntüləri yayılıb.
AzVision.az xəbər verir ki, ekran işində Loboda EMIN-in xəyalındakı cazibədar mələyi canlandırır. Klipin rejissorları Yuri Yaruşnikov və Svetlana Lobodanın prodüseri Natella Krapivinadır. Görüntülərdə klipin rejissorları da daxil olmaqla, Rusiyanın bir sıra ulduzları da klip haqqında öz fikirlərini də bildirib.

Müğənni Eminin özü də klip haqqında düşüncələrini bölüşüb:

“Bizim çox maraqlı, qeyri-adi duetimiz, klipimiz alındı. Mən hələ əsər yazmağı öyrənirəm, lakin yazıçı rolunda özümü çox rahat hiss edirəm”.

Qeyd edək ki, klipin təqdimat mərasimində Eminin atası, işadamı Araz Ağalarov, eyni zamanda Rusiyanın məşhur müğənniləri və sənət dostları iştirak edib.



Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti