Leyla Əliyeva sərgidə - FOTOLAR

Leyla Əliyeva sərgidə - FOTOLAR
  27 May 2014    Oxunub:2303
Mayın 26-da Heydər Əliyev Mərkəzində XX əsrin məşhur fotoqraflarından olan Anri Kartye-Bressonun “Paris” adlı fərdi sərgisi açılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.

“Magnum photos” agentliyinin direktoru Klemen Sakkomani görkəmli fotoqraf Anri Kartye-Bressonun həyat və yaradıcılığından geniş söhbət açıb. Diqqətə çatdırıb ki, Heydər Əliyev Mərkəzində bu sərginin təşkili Fransa və Azərbaycan arasında məsafənin qısalığını bir daha təsdiqləyir.

Anri Kartye-Bresson 1908-ci ildə Fransanın Şantelup şəhərində doğulub. Onu `fotojurnalistikanın sütunu` adlandırırlar. Məşhur fotoqraf rəssamlıqla da məşğul olub. O, fotoqrafiyada zamanın və “həlledici an”ın roluna böyük əhəmiyyət verib.

“Magnum photos” fotoagentliyinin yaradıcılarından olan Anri Kartye-Bresson sadə insanlarla yanaşı, XX əsrin ən mühüm hadisələrini və bir çox məşhurların - İren və Frederik Jolio-Kürilər, Anri Matiss, Alber Kamyu, Pol Valeri, Vilyam Folkner, Trimen Kapote, Xoan Miro, Merilin Manro, Koko Şanel, Jan Pol Sartr və digərlərinin fotolarını lentə alıb.

Anri Kartye-Bresson 2004-cü ildə vəfat edirb. Hazırda onun əsərləri dünyanın bir çox muzeylərinin kolleksiyalarında saxlanılır.


Sərgidə müəllifin müxtəlif illərdə və fərqli mövzularda lentə aldığı 80-dən çox əsər nümayiş olunur. Bu əsərlər müəllifin daim mövzuya və öz yaradıcılığına yüksək hörmət hissi ilə yanaşdığını bir daha təsdiqləyir.
Heydər Əliyev Mərkəzində məşhur fransız fotoqrafı Anri Kartye-Bressonun fərdi sərgisi iyulun 27-dək davam edəcək.

Qalereya




Teqlər:  





Xəbər lenti