Lakin dostluq səfiri kimi ABŞ-a göndərilən Ya Ya 20 ildən sonra iki güc arasında dəyişən tarazlığın simvolu oldu.
Bəs bu necə oldu?
![](https://azvision.az/photos/2023/04/1682606843.jpg)
Çin mətbuatında yer alan xəbərlərə görə, 2003-cü ildən Tennessi ştatındakı Memfis zooparkında qalan Panda Ya Ya 16 saatlıq uçuşdan sonra Çinin Şanxay şəhərinə qaytarılıb.
ABŞ-ın Tennessi ştatındakı zooparkda 22 yaşlı Ya Yaya yaxşı baxılmadığı iddiası Çində təxminən 3 aydır qızğın müzakirələrə səbəb olub. Onun son fotolarında kifayət qədər zəif görünməsi diqqət və qayğının olmaması ilə bağlı müzakirələri qızışdırıb. Çində istifadə edilən "Twitter"ə bənzər "Weibo" platformasında bəzi istifadəçilər bu vəziyyəti təxribat kimi qiymətləndiriblər.
"CNN International"da yer alan xəbərə görə, Panda Ya Ya ilə bağlı millətçi reaksiyalar davam edərkən, sosial mediada Moskva zooparkında çəkilmiş iki pandanın görüntüləri yayılıb. İstifadəçilər Rusiyanın pandalara baxmağını tərifləyib.
ABŞ və Rusiyadakı pandalar arasındakı ziddiyyət Çin dövlət mediasında da öz əksini tapıb. Çinli internet istifadəçiləri Memfisdəki pandanı tez bir zamanda evlərinə gətirmək üçün çağrı edərək petisiyaya başlayıblar. ABŞ-da yaşayan çinlilər də Panda Ya Yaya baş çəkib və onun vəziyyəti ilə bağlı son hadisələri paylaşıblar. Bunu edənlər arasında hətta Los-Ancelesdən təyyarə ilə 2500 kilometrdən çox məsafə qət edənlər də olub.
![](https://azvision.az/photos/2023/04/1682607309.jpg)
Qeyd edək ki, təxminən 80 ildir ki, “panda diplomatiyası” Çinin xarici siyasətində mühüm rol oynayıb. Pekin administrasiyası ikitərəfli münasibətləri inkişaf etdirmək istədiyi ölkələrə pandalar verir.
Ya Ya 2003-cü ildə dostu Le Le ilə birlikdə ABŞ-a göndərilib. Lakin Le Le dekabr ayında vəfat edib.
Yerli mətbuatın yazdığına görə, pandanın 2013-cü ildə ABŞ-dan Çinə qaytarılması planlaşdırılırdı, lakin müqavilə daha 10 il müddətinə uzadılıb.
AzVision.az