Tədqiqat: Arktika yosunları mikroplastiklərlə çox çirklənib

      Tədqiqat:    Arktika yosunları mikroplastiklərlə çox çirklənib
  21 Aprel 2023    Oxunub:3031
Almaniyanın “Alfred Vegener” adına Qütb və Dəniz Tədqiqatları İnstitutunun tədqiqatçıları qrupu Arktika dəniz buzlarının altında böyüyən “Melosira arctica” yosununun ətrafdakı dəniz suyundan on dəfə çox mikroplastik hissəciklər ehtiva etdiyini müəyyən edib.
Elmi iş “ Environmental Science and Technology ” jurnalında dərc olunub. Arktik dəniz yosunu “Melosira arctica” yaz və yay aylarında dəniz buzunun altında bol çiçək açır və burada bir neçə metr uzunluğunda bitki zəncirləri əmələ gətirir. Yosun hüceyrələri ölüb buzlaqlardan ayrıldıqdan sonra qısa müddətdə batan və dənizin dibinə çatan böyük bloklar əmələ gətirir.

Ölü yosunların bu yığılmaları dəniz dibində yaşayan canlılar və bakteriyalar üçün mühüm qida mənbəyidir. Məlum olub ki, Arktika dənizlərinin dibində buzların əriməsi prosesində ölü yosun hüceyrələrinin udduğu çoxlu miqdarda mikroplastiklər var.

Alimlər yosunları təhlil edərək müəyyən ediblər ki, “Melosira arctica” nın bir kubmetrində orta hesabla 19-31 min hissəcik var ki, bu da Arktika dəniz suyunda parçalanmayan tullantıların konsentrasiyasından təxminən on dəfə çoxdur. Plastiklərin tərkibinin ətraflı təhlili göstərdi ki, Arktikada polietilen, poliester, polipropilen, neylon və akril kimi bir çox materiallara rast gəlinir.


AzVision.az


Teqlər:





Xəbər lenti