Mask elan verdi: "Cybertruck" elektrik pikapı bu il satışa çıxarılır

     Mask elan verdi:   "Cybertruck" elektrik pikapı bu il satışa çıxarılır
  20 Aprel 2023    Oxunub:2252
Cybertruck elektrik pikapı 2023-cü ilin üçüncü rübündə satışa çıxarılacaq. Bu barədə “The Verge” nəşri Tesla-nın baş direktoru İlon Maskın sözlərinə istinadən xəbər verir.
Maskın sözlərinə görə, qeyri-adi yolsuzluq avtomobilinin kiçik miqyaslı istehsalına gələn ilin yayında başlanılacaq. "Cybertruck"un kütləvi yığılması yalnız gələn il üçün planlaşdırılır.

“İstehsal xəttini işə salmaq vaxt tələb edir, çünki bu, həqiqətən çox radikal bir məhsuldur. O, digər avtomobillər kimi hazırlanmayıb”, – Mask investorlara müsahibəsində deyib.

Eyni zamanda, Tesla rəhbəri avtomobilin diapazonu və mühərrik gücü kimi yenilənmiş xüsusiyyətlərini açıqlamaqdan imtina edib. Bunun əvəzinə Mask "Cybertruck"un inanılmaz bir məhsul olduğuna əminliyini ifadə edib.

Tesla ilk dəfə 2019-cu ildə "Cybektruck"u elan etdi. O vaxtdan bəri buraxılış tarixi bir neçə dəfə geri çəkildi.

The Verge hesab edir ki, elektrik pikapının buraxılışının ləngiməsinin əsas səbəblərindən biri Teslanın kuzovun istehsalı üçün adi polad əvəzinə paslanmayan poladdan istifadə etmək qərarı ola bilər.

Jurnalistlərin fikrincə, bu, nəinki baha başa gəlir, həm də xüsusi qaynaq üsullarını tələb edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti