“Dağlıq Qarabağ münaqişəsindən narahatıq” - Slovakiya

“Dağlıq Qarabağ münaqişəsindən narahatıq” - Slovakiya
  11 Aprel 2013    Oxunub:1393
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla görüşündən sonra birgə mətbuat konfransı keçirib
AzVision.az-ın məlumatına görə, Slovakiyanın xarici işlər naziri ilə görüş zamanı iki ölkə arasındakı münasibətlər müzakirə olunub və mühim olan enerji təhlükəsizliyi ilə bağlı birgə işlə əlaqədar söhbətlər aparılıb.

Miroslav Layçak Azərbaycanın inkişaından danışıb. “Azərbaycan çox gözəl ölkədir. İnkişafınız göz qabağındadır. Bununla bağlı olaraq ölkəmiz arasındakı münasibətlər genişlənməkdədir. Ölkənizdən bizə gələn turistlərin sayı da çoxalıb. Bununla əlaqədar istəyirik ki, viza məsələsi ilə bağlı anlaşma olsun”.

Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Dağlıq Qarabağ münaqişəsindən narahat olduqlarını bildirib.

“ATƏT-in Minsk qrupunun səylərini dəstələyirik. Amma daha da fəal olmalarnı istəyirik. İki il ərzində fəaliyyətlərində heç bir fəalllıq yoxdur. Biz istəyirk ki, Avropa Şurası da bu münaşiyə öz töhvəsini göstərsin. Biz çalışırıq ki, bu münaqişədə hansısa çıxış yolu tapaq. Sadəcə müşahidəçi qismində olmaq istəmirik”.

Araz İsmayılov


Teqlər:  





Xəbər lenti