Səfər Əbiyev:`Ermənistan geri çəkilməlidir`
Qeyd edək ki, görüş zamanı Dağlıq Qarabağ konfliktinin bölgədə yaratmış olduğu gərgin hərbi-siyasi vəziyyət və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Problemin indiyədək həll edilməməsinin səbəbləri barədə danışan S. Əbiyev BMT-nin qəbul etdiyi 4 qətnamənin bu günədək icra edilməməsini, 20 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyini diqqətə çatdırıb. Nazir beynəlxalq qurumların münaqişə ilə bağlı gözləmə mövqeyi tutmasının Ermənistan tərəfini daha da şirnikləndirdiyini bildirib.