“Son günlər xoşagəlməz hallar baş verir” - XİN

“Son günlər xoşagəlməz hallar baş verir” - XİN
  11 Aprel 2013    Oxunub:1307
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İranın son günlər Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
AzVision.az xəbər verir ki, Məmmədyarov jurnalistlərə verdiyi açıqlamada Xarici İşlər Nazirliyi olaraq İranla Azərbaycan arasındakı söz atışmalarını izlədiklərini deyib :

“Son günlər xoşagəlməz hallar baş verir. İran Parlamentində bununla bağlı məsələ qaldırıb. Mən inanmıram ki, bu iddialar sonda nəsə bir nəticə versin”

Qeyd edək ki, İran parlamentinin deputatları KİV-ə verdiyi açıqlamada Azərbaycanın Tehrana qarşı bəyanatlara son qoymağa çağırıb. Onlar bildirib ki, Rəsmi Bakı İran əleyhinə fəaliyyətinə son qoymasa, İran parlamenti Azərbaycanın əleyhinə olan iki müqaviləni – Gülüstün və Türkmənçay müqaviləsini yenidən bərpa edəcək.

Araz İsmayılov



Teqlər:  





Xəbər lenti