Siyavuş Novruzov: “Daş yuxular”a film də çəkiləcək”
“Artıq bu kitab İrəvanda çap olundu. Mən bilirəm ki, ermənilər artıq pul yığırlar ki, bu əsərə film də çəksinlər”-deyə, S.Novruzov əlavə edib
Qeyd edək ki, sabiq Xalq yazıçısı Əkrəm Əylisinin “Daş yuxular” əsəri İrəvandakı "Nork" nəşriyyatında ermənicə çap olunub. Romanı erməni dilinə Leonid Zulfuqaryan çevirib.
Xatıradaq ki, ötən ilin sonunda Rusiyanın "Drujba narodov" jurnalında rusca çap ediləndən və Azərbaycanda böyük səs-küyə səbəb olandan sonra əsəri Ermənistanda da oxuyanlar az olmayıb. Azərbaycanda çoxluq yazıçını satqınlıqda, erməniləri ucaldıb azərbaycanlıların faciələrinə göz yummaqda ittiham etmiş, Ermənistanda isə çoxluq onun əsərini "tarixi həqiqətləri cəsarətlə qələmə almaq cəhdi" kimi qiymətləndirmişdi.
Sevinc İltifatqızı