İş yerində siqaret çəkən yapon 11 min dollar cərimələndi

   İş yerində siqaret çəkən yapon 11 min dollar cərimələndi
  29 Mart 2023    Oxunub:1786
Yaponiyada dövlət qulluqçusu 14 il ərzində iş yerində 4 512 dəfə siqaret çəkdiyi üçün 11 min dollar cərimə olunub.
Məhkəmədə hesablandığı kimi, Osakadan olan 61 yaşlı kişinin siqaret fasilələrində keçirdiyi ümumi vaxt 355 saatlıq iş vaxtına bərabərdir.
İşçiyə siqaret çəkdiyinə görə dəfələrlə töhmət verilsə də, o, töhmətlərə məhəl qoymayıb. Yerli media yazıb ki, kişi “Yerli Dövlət Qulluğu Qanunu”na uyğun olaraq sədaqət borcunu pozub.

Həmin şəxs 11 min dollar cərimə ödəməyə məcbur edilib, bundan əlavə, maaşı 6 ay ərzində 10 faiz azaldılıb. Osakada dünyanın ən sərt siqaret qanunları mövcuddur.

Ofislər və məktəblər kimi dövlət binalarında siqaret çəkmə qadağası 20 ildən çox əvvəl tətbiq edilib və 2019-cu ildə dövlət işçilərinə iş saatlarında siqaret çəkmək qadağan edilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti