Memarlıq abidəsində qanunsuz müdaxilənin qarşısı alınıb

Memarlıq abidəsində qanunsuz müdaxilənin qarşısı alınıb
  21 Mart 2023    Oxunub:1108
Bakı şəhəri Səbail rayonu Mehdi Hüseyn küçəsi 75 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsində (inv. 3369) bayram günlərində aparılan qanunsuz müdaxilənin qarşısı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən alınıb.
Bu barədə AzVision.az -a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilir ki, aparılan işlər dayandırılıb. Qanunvericilik çərçivəsində atılacaq addımlar barədə əlavə məlumat veriləcək:

“Bir daha bütün vətəndaşlardan və əlaqədar təşkilatlardan xahiş olunur ki, tarixi abidələrə hər hansı müdaxilə halları ilə qarşılaşdıqları zaman Mədəniyyət Nazirliyinin iş nömrələrinə və 147 qaynar xəttinə, eləcə də Nazirliyin rəsmi sosial media hesablarına dərhal məlumat versinlər”.

AzVision.az



Teqlər:





Xəbər lenti