![]() |
Qlobal böhranın ayaq izləri: ABŞ banklarının uğursuzluğu təşviş yaradır |
Mütəxəssislər FED-in uçot dərəcəsinin artırılması kampaniyası zamanı bankların itkilərini də hesablayıblar. Həmçinin onlar sığortalanmamış əmanətçilərdən bank maliyyələşdirməsinin payını öyrəniblər.
“ABŞ-ın 186 bankında sığortalanmamış əmanətçilər tərəfindən pul vəsaitlərinin çıxarılması halında sığortalı müştərilər bankın kifayət qədər aktivlərinə malik olmadığı üçün amortizasiya ilə üzləşə bilər”, - məqalədə yazılıb.
Maraqlıdır ki, ABŞ prezidenti Co Bayden ölkədə bank böhranının olmayacağına inanır. Jurnalistlərin ölkədə banklarla bağlı vəziyyətin sabitləşəcəyi ilə bağlı sualına Amerika lideri belə cavab verib: “Bəli”.
Tural Tağıyev
AzVision.az