“Eurovision – 2015”in keçirilmə vaxtı bilindi

“Eurovision – 2015”in keçirilmə vaxtı bilindi
  21 May 2014    Oxunub:1114
“Eurovision” musiqi müsabiqəsi gələn il Avstriyanın paytaxtı Vyanada keçiriləcək.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

“Eurovision – 2015” yarımfinal və final mərhələləri 12, 14 və 16 may tarixlərində keçiriləcək.

Müsabiqənin keçirilmə tarixləri barədə son qərar yay ayında açıqlanacaq. Həmin vaxt müsabiqənin keçiriləcəyi konsert salonunun da adı bilinəcək.

Qeyd edək ki, Danimarkanın paytaxtı Kopenhagendə keçirilən son “Eurovision” müsabiqəsində avstriyalı müğənni Konçita Vurst “Rise Like a Phoenix” mahnısı ilə qalib gəlib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti