ABŞ-ın yeni UFO isteriyası - Nə vura bilirlər, nə də tuta

      ABŞ-ın yeni UFO isteriyası    - Nə vura bilirlər, nə də tuta
  03 Mart 2023    Oxunub:2138
“Politico” nəşri ABŞ ordusunda naməlum uçan obyektlərin (UFO) təhdidləri ilə bağlı növbəti isteriyaların yaşanmasından yazıb. Müəllif qeyd edir ki, son vaxtlar ABŞ hərbçiləri real UFO təhlükəsi barədə daha çox xəbərdarlıqlar edirlər.
Maraqlıdır ki, rəsmilərin ifadələrində əvvəllər səsləndirilən casus şarları və s. oxşar mövzular yer almır.

Məsələn, "Politico"nun Florida senatoru Marko Rubiodan gətirdiyi sitatda deyilir: "Hərbi bazalarımız və poliqonlarımız üzərində nələrsə uçur. Amma bunun nə olduğunu bilmirik".

Aviation Week: "Vurulan UNO 12 dollarlıq şardır"
Bundan əlavə, jurnalist qeyd edir ki, ABŞ hərbçilərindən daxil olan çoxsaylı məlumatlara görə, aşkarlanan UFO-lar nəinki səs sürətinə qədər çatmağa, həm də hava və iqlim şəraitindən asılı olmayaraq, səmada xeyli hərəkətsiz qalmağa qadirdir.

Həmçinin ABŞ ordusu bəyan edib ki, mütəmadi olaraq Birləşmiş Ştatların hava məkanında peyda olan bu uçan obyektlərdə müasir təyyarələri xatırladan heç bir mühərrik və ya gövdə forması yoxdur.

ABŞ Hərbi Dəniz Qüvvələrinin daşıyıcı-əsaslı qırıcılarının komandirinin sözlərinə görə, o, 2014-cü ilin aprelində UFO-dan cəmi 30 metr uçub. Hətta az qala bu uçan obyektlə təmas da yaşayacaqmış. Amerikalı hərbi pilotun sözlərinə görə, naməlum obyekt uzun müddət havada hərəkətsiz sanki asılı vəiyyətdə qalıb. O şəffaf sferada bir növ tünd rəngli kub formasında olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   UFO  





Xəbər lenti