Azərbaycan Kann Festivalında

Azərbaycan Kann Festivalında
  21 May 2014    Oxunub:1317
Azərbaycan da 67-ci Kann Beynəlxalq Kinofestivalında iştirak edir. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, dünyanın ən mötəbər kino tədbirində artıq dördüncü ildir ki, Azərbaycan pavilyonu fəaliyyət göstərir.
Milli filmlərimizin nümayiş olunduğu pavilyonda xarici kino adamları - prodüserlər, rejissorlar, aktyorlar və şairlərlə görüşlər keçirilir, birgə layihələr müzakirə olunur. Ölkəmizin turizm imkanlarını təbliğ edən çap və video materiallar ziyarətçilərə nümayiş etdirilir.

Azərbaycan kinosu tarixində ilk dəfə olaraq Kann festivalının əsas müsabiqələrindən olan "Qısa metr" proqramında "Azərbaycanfilm" kinostudiyası ilə "Buta films" şirkətinin birgə çəkdikləri "Sonuncu" bədii filmi nümayiş etdiriləcək. Filmin rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov və Aleksandr Krasavin, baş rolun ifaçısı isə İdris Rüstəmovdur.

Festivalın "Rejissor ikihəftəliyi" proqramına "Torn" qisametrajlı filmimiz daxil edilib. Filmin rejissorları Elmar İmanov və Engin Kundağ, baş rolun ifaçıları Rasim Cəfər və Zülfiyyə Qurbanovadır.
Bundan əlavə, "Qısa filmlər guşəsi" adlı sərbəst proqramda da Azərbaycan bir neçə qısametrajlı filmlə təmsil olunur.

Builki festivalda ölkəmizdən dövlət və bir sıra müstəqil kino şirkətlərini təmsil edən 20-dən artıq kinematoqrafçı iştirak edir.


Teqlər:





Xəbər lenti