Almaniyada şəkərli məhsullar KİV-də reklam olunmayacaq

Almaniyada şəkərli məhsullar KİV-də reklam olunmayacaq
  28 Fevral 2023    Oxunub:1602
Almaniyanın Federal Ərzaq və Kənd Təsərrüfatı Nazirliyi qidalanma sahəsində reklamın uşaqlara təsirini azaltmaq istəyir.
“Kronen Zeitung” qəzetinin məlumatına görə, gələcəkdə tərkibində həddindən artıq şəkər, yağ və ya duz olan bütün məhsullar reklam edilməyəcək.

"Uşaqların daha sağlam böyüməsinə əmin olmalıyıq", - məsələni şərh edən qurumun rəhbəri Cem Özdemir deyib.

Onun sözlərinə görə, məhsulların reklamı ilə bağlı könüllü öhdəliklər kifayət etməyib. Bu tədbirlər vaxtında həyata keçirilir, çünki artıq alman uşaqların 15 faizi obezdən əziyyət çəkir. Bu mənfi tendensiya isə bütün Avropaya yayılır.

14 yaşından kiçik uşaqların baxmamasına hesablanmış bu qərar bütün KİV-lərdə reklamın tamamilə qadağan edilməsini nəzərdə tutmur. Reklam çarxları yalnız səhər saat 6-dan axşam 23-ə qədər qadağan olunacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər: Almaniya  





Xəbər lenti