Günəş sistemindən 100 milyard dəfə böyük qalaktikalar aşkarlandı

 Günəş sistemindən 100 milyard dəfə böyük qalaktikalar aşkarlandı
  23 Fevral 2023    Oxunub:3435
Astronomlar "James Webb" teleskopundan istifadə edərək altı super böyük qalaktika müəyyən ediblər.
Bu barədə Pensilvaniya Universitetinin mətbuat xidməti məlumat yayıb. "James Webb" infraqırmızı teleskopu 2021-ci ilin sonunda orbitə buraxılıb. Onun əsas məqsədlərindən biri gənc kainatı müşahidə etməkdir.

Optikasının keyfiyyətinə görə teleskop milyardlarla işıq ili uzaqdakı obyektləri görə bilir. Bunun sayəsində qurğu astronomlar üçün “keçmişə pəncərə” açır və qalaktikaların təkamülünün xronologiyasını bərpa etməyə imkan verir. İlk qalaktikaların Böyük Partlayışdan 300-400 milyon il sonra meydana çıxdığı güman edilir.

Uzun müddət elm adamları o dövrdə qalaktikaların kiçik olduqlarına və yavaş böyüdüklərinə inanırdılar. Lakin son onilliklərin müşahidələri göstərdi ki, bu elə deyil - böyük qalaktikalar artıq kainatın mövcudluğunun ilk milyard ilində mövcud olub, onun ümumi yaşı 13,8 milyard ildir.

Astronomlar "James Webb"in yeni şəkillərində Yerdən 13,1 milyard işıq ili uzaqlıqdakı altı qalaktikını görə biliblər. Onların kütləsi Günəş sisteminin kütləsindən təxminən 100 milyard dəfə böyükdür.

Qey olunub ki, onlar ölçülərinə görə Süd Yolu, eləcə də müasir Kainatın nisbətən böyük spiral qalaktikaları olan "Andromeda" və "Messier 51" qalaktikaları ilə müqayisə edilə bilər. Bu müşahidələr ən müasir kosmoloji modellərə ziddir və bu, yəqin ki, onların köklü şəkildə nəzərdən keçirilməsini tələb edəcəkdir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti