“Putin Azərbaycanı qaytarmaq istəyir”

“Putin Azərbaycanı qaytarmaq istəyir”
  10 Aprel 2013    Oxunub:1290
Tanınmış amerikalı politoloq Pol Qobl “Amerikanın səsi” radiosunun Azərbaycan bürosuna müsahibəsində Azərbaycandakı siyasi vəziyyəti qiymətləndirib.
Qobl bildirib ki, Azərbaycan qonşularla işgüzar əlaqələri saxlamaq şərtilə balanslaşdırılmış xarici siyasət yürütməyə çalışır. Ancaq bu heç də hər zaman uğurlu olmur. Politoloqun fikrincə, hazırda Azərbaycan Rusiya deyil Türkiyə ilə yaxın qonşuluq əlaqələri içərisindədir.

“Gürcüstan Rusiya üçün bir “yol”, Ermənistan bir “vasitə”, Azərbaycan isə bir “mükafatdır”. Rusiya hakimiyyəti Azərbaycandakı avtoritetinin bərpasına çalışır, bu ölkə ilə əlaqələrini möhkəmləndirmək istəyir”,-deyə Qobl bildirib.

Azərbaycanın təbii sərvətlərlə zəngin, vacib strateji əhəmiyyətə malik və Rusiyanın geostrateji maraqlarına cavab verən bir ölkə olduğunu, və rəsmi Moskvanın Azərbaycanın simasında dost, qardaş dövlət görmək istədiyini vurğulayan amerikalı politoloq: “Bir neçə il sonra Ermənistan başa düşəcək ki, Azərbaycanda Rusiyanın maraqlarına cavab verən bir hakimiyyət qurulsa, Moskva düşünmədən Ermənistanı “satacaq”. Azərbaycan isə öz növbəsində anlamalıdır ki, ərazilərinin qaytarılması müqabilində olsa belə Rusiyanın təsir dairəsinə düşmək ona heç bir xeyir gətirməyəcək. Rusiyanın da məqsədi elə budur. Putin Azərbaycanda Moskvanın diqtəsi ilə idarə olunan sovet quruluşu yaratmaq istəyir” deyib.



Teqlər:





Xəbər lenti