Hakerlər 740 milyon məxfi fayl oğurlayıblar

Hakerlər 740 milyon məxfi fayl oğurlayıblar
  20 May 2014    Oxunub:1046
“Zurich insurance Group” sığorta şirkəti ilə “Atlantic Council” analitik agentliyinin birgə apardığı tədqiqata əsasən, 2013-cü ildə hakerlər tərəfindən 740 milyon məxfi fayl oğurlanıb.
Cybersecurity.ru saytı xəbər verir ki, hazırda təxminən 2,5 milyard insan müntəzəm olaraq internetdən istifadə edir. Orta hesabla isə hər bir insana şəbəkəyə qoşulmuş 6 cihaz düşür. Hər dəqiqə 204 milyon elektron məktub göndərilir, 640 terabayt həcmində məlumat ötürülür və 100 min tvit dərc edilir.

Bu gün məxfi informasiya ciddi iqtisadi çətinlik yarada biləcək həssas vəziyyətdədir. Hazırda dünyada fərdi şəxs və təşkilatları kibertəhdidlərdən qoruyacaq lazımi texnologiya mövcud deyil.


Teqlər:





Xəbər lenti