Ukraynalı idmançılar Azərbaycanda qəzaya düşdü

Ukraynalı idmançılar Azərbaycanda qəzaya düşdü
  20 May 2014    Oxunub:5296
Bakı–Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
Siyəzəndən paytaxt istiqamətində hərəkət edən AM-0895-BK Ukrayna dövlət nömrə nişanlı “Renault” markalı mikroavtobus Bakı şəhər sakini İlham Məmmədovun idarə etdiyi 90-KD-101 dövlət nömrə nişanlı “Tayota Prado” markalı minik maşınını arxadan vurub. Toqquşma nəticəsində “Tayota Prado”da olan azyaşlı Əminə Məmmədova ağır xəsarət alaraq hadisə yerində keçinib.

Bundan başqa, avtomobil qəzası nəticəsində 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 8-i Bakıda keçiriləcək qol güləşi üzrə XXIV Avropa çempionatına qatılmaq üçün ölkəmizə gəlmiş ukraynalı idmançılardır.

Xəsarət alanlar dərhal Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılmış və onlara müvafiq tibbi yardım göstərilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.



Teqlər:





Xəbər lenti