“Hökumətimiz müharibəni simvolizə edən rejimə çevrilib” - Abrahamyan

   “Hökumətimiz müharibəni simvolizə edən rejimə çevrilib” -   Abrahamyan
  17 Fevral 2023    Oxunub:1081
Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan sülh danışıqları ilə bağlı maraqlı fikirlər səsləndirib. AzVision.az xəbər verir ki, erməni siyasətçi hazırlanan layihədə ölkəsi üçün müsbət nələrinsə nəzərdə tutulmadığını iddia edib.
- Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzrə danışıqlar yenidən fəal müzakirələr mərhələsinə qədəm qoyub. Hazırda müzakirə olunan sənədin mətni açıqlanmasa da, tərəflərin sülhün əsası kimi təqdim etdikləri prinsiplər Ermənistan və Qarabağ ermənilərinin həyati maraqlarını əks etdirmədiyini göstərir.

Burada daha bir vacib məqam da var. Ermənistan ən yüksək səviyyədə israrla iddia edir ki, sənəd imzalansa belə, bu, Azərbaycanın onun müddəalarına əməl edəcəyi və ya daha müharibə olmayacağı anlamına gəlmir. Ermənistan Respublikasının hazırkı hökuməti çoxdan müharibə, fəlakət və müdafiəsizliyi simvolizə edən rejimə çevrilib, - Abrahamyan gileylənib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Deputat  





Xəbər lenti