Kuleba: "Heç bir ölkə Kiyevə döyüş təyyarələri vəd etməyib"

      Kuleba:    "Heç bir ölkə Kiyevə döyüş təyyarələri vəd etməyib"
  17 Fevral 2023    Oxunub:859
"Heç bir ölkə Kiyevə döyüş təyyarələri vəd etməyib".
Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Funke” redaksiya qrupunun qəzetlərində dərc olunan müsahibəsində deyib. Onun sözlərinə görə, bəzi ölkələr Ukrayna hərbçilərinə qırıcı təyyarələri idarə etməyə öyrətməyə hazır olduqlarını bildiriblər.

Kuleba bir daha vurğulayıb ki, ərazi bütövlüyü Rusiya ilə danışıqlara başlamaq üçün zəruri şərtdir. Bir neçə gün əvvəl Almaniyanın vitse-kansleri, iqtisadi məsələlər və iqlimin mühafizəsi naziri Robert Habek demişdi ki, Kiyevə qırıcı təyyarələrin verilməsi məsələsi hazırda gündəmdə deyil.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti