Pakistan XİN Ukraynaya silah tədarükü ilə bağlı xəbərləri təkzib etdi

   Pakistan XİN Ukraynaya silah tədarükü ilə bağlı xəbərləri təkzib etdi
  17 Fevral 2023    Oxunub:633
Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zəhra Bəluç İslamabadın Ukraynanı silahla təchiz etdiyinə dair xəbərləri təkzib edib.
Diplomat vurğulayıb ki, Pakistan digər dövlətlərdə baş verən hərbi münaqişələrə müdaxilə etməmək siyasətinə sadiqdir. “Pakistanın Ukraynaya sursat tədarükü ilə bağlı xəbərlər doğru deyil”, - Bəluç deyib.

Hindistanın "Ekonomik Tayms" nəşri məlumat yayıb ki, guya Pakistan "Qrad" reaktiv yaylım atəşi sistemində istifadə edilməsi üçün Ukraynaya 10 min mərmi göndərib. Bildirilib ki, mərmilər Kəraçi limanından yola salınıb və bu ay ərzində Almaniyadan Emden limanına, oradan da Ukrayna çatdırılacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti