Bu ölkə Rusiyanı “terrorçu dövlət” kimi tanıdı

Bu ölkə Rusiyanı “terrorçu dövlət” kimi tanıdı
  16 Fevral 2023    Oxunub:861
Slovakiya parlamenti Rusiyanın Ukraynada apardığı müharibəni pisləyib.
Bu barədə Slovakiya parlamentinin saytında məlumat verilib.

Bildirilib ki, deputatlar Rusiya siyasi rejiminin terrorçu, Rusiyanın isə terrorçuluğu dəstəkləyən dövlət kimi tanınması barədə qərar qəbul ediblər.

İclas zamanı deputatlar həmçinin vurğulayıblar ki, onlar Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya qoşulmasını tanımırlar. Parlament Ukraynada Rusiyanın “cinayətləri” üzrə xüsusi tribunalın yaradılmasını dəstəkləyib.

Deputatlar hesab edirlər ki, Rusiya Slovakiya ərazisində “hibrid müharibəsi” aparır. Bununla bağlı parlament hüquq-mühafizə orqanlarını “Slovakiyada təhlükəsizliyin və demokratiyanın qorunması üçün” tədbirlər görməyə çağırıb.


Teqlər:





Xəbər lenti