Lukaşenkodan Baydenə təklif: "Boinq" göndərim, Minskə gəl"

 Lukaşenkodan Baydenə təklif:  "Boinq" göndərim, Minskə gəl"
  16 Fevral 2023    Oxunub:1006
"Əgər Ağ Ev rəhbəri həqiqətən sülh istəyirsə, o zaman Belarus prezidenti Co Baydenlə görüşə hazırdır".
AzVision.az xəbər verir ki, bu bunu Aleksandr Lukaşenkoya fevralın 16-da xarici və yerli jurnalistlərlə görüşündə deyib.

Jurnalistlərin Lukaşenkonun rusiyalı həmkarı ilə gözlənilən görüşünə dair suallarını cavablandıran Minsk rəhbəri, Amerika liderinin Polşaya səfərinin səbəbi ilə maraqlanıb: "Niyə məhz Polşaya? Amma biz bundan narahat deyilik. Əgər o arzu edərsə, biz Baydeni Minskdə qəbul etməyə və ciddi şəkildə danışıqlar aparmağa hazırıq. Əlbəttə əgər o, Ukraynada sülh istəyirsə", - Belarus lideri Vaşinqtona təklifini ünvanlayıb.

Bundan əlavə, Lukaşenko hətta Minskdə Vladimir Putin və Co Baydenlə birgə görüş keçirməyə hazır olduğunu da bəyan edib: "Gəlin burada üçümüz görüşək. Niyə də olmasın? Müharibəni bitirmək xatirinə bunu edək. Əgər o müharibəni dayandırmaq istəsə, Polşa bura yaxındır, təyyarə, "Boinq" də göndərəcəm. Onu qəbul edə bilərik. Bir dəfə Klinton oxşar təyyarə ilə uçub. Bütün problemləri burada həll edərik"

Lukaşenko təəssüf və əminliklə deyib ki, Co Bayden "bura gəlməyəcək. Amma müharibəni dayandırmaq, insanların ölümünün qarşısını almaq naminə buna dəyərdi. ABŞ prezidenti Polşada qalacaq. Çünki Polşa Avropanın "qiena"sıdır. Ölkə bu gün, ilk növbədə, Ukraynada müharibənin qızışdırılmasında ən fəal rol oynayır. Onlar amerikalılardan daha çox qışqır-bağır salırlar”.

Tural Tağıyev
AzVision.az



Teqlər: Belarus   ABŞ  





Xəbər lenti