Pentaqon Tayvan-Çin münaqişəsi ilə bağlı plan hazırlayır

   Pentaqon Tayvan-Çin münaqişəsi ilə bağlı plan hazırlayır
  16 Fevral 2023    Oxunub:593
ABŞ Müdafiə Nazirliyi (Pentaqon - Red) Ukraynadakı münaqişə fonunda baş verə biləcək Tayvan-Çin münaqişəsi üçün fövqəladə vəziyyət planı hazırlayır.
Bu barədə Amerika Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesabatına istinadən Associated Press məlumat yayıb. Hesabatda deyilib ki, Ukraynadakı münaqişə ilə “Çinin Tayvana mümkün hücumu” arasında aydın paralellər var. Müttəfiqlər münaqişə başlayandan sonra Ukraynaya silah tədarük etməyə başlayıblar və Tayvan əvvəlcədən tam silahlanmalıdır.

Eyni zamanda, mərkəz vurğulayıb ki, Ukrayna modelinin Tayvanda təkrarı mümkün deyil, çünki Çin adanı həftələrlə, hətta aylarla təcrid edə bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti