Kloun və meymun Amerika bankını yardı

Kloun və meymun Amerika bankını yardı
  19 May 2014    Oxunub:1265
Kloun və meymun paltarında olan cinayətkarlar Amerika bankını yarıblar.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

Qeyri-adi hadisə ABŞ-ın Qərbi Virciniya ştatında baş verib. Odlu silahlarla banka daxil olan cinayətkarlar bankda olan bütün nağd pulun onlara verilməsini tələb ediblər. İstədiklərinə nail olduqdan sonra onlar avtomobilə minərək naməlum istiqamətdə gediblər.

Daha sonra onlar izi itirmək məqsədilə avtomobili yandırıblar. Hazırda faktla bağlı araşdırmalara başlanılıb.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər:  





Xəbər lenti