Kiyev üçün istifadə edilən kosmik infrastruktura zərbə endirilə bilər

Kiyev üçün istifadə edilən kosmik infrastruktura zərbə endirilə bilər
  16 Fevral 2023    Oxunub:663
"ABŞ və müttəfiqlərinin Ukrayna münaqişəsində istifadə etdiyi mülki kosmik infrastruktur cavab tədbirləri üçün qanuni hədəfə çevrilə bilər".
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Silahların Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktor müavini Konstantin Vorontsov Federasiya Şurasında kosmosun hərbiləşdirilməsinə dair dəyirmi masada deyib.

O, ABŞ və onun müttəfiqlərinin kosmosda mülki infrastruktur komponentlərindən, o cümlədən kommersiya infrastrukturundan hərbi məqsədlər üçün istifadəsini qınayıb.

“Bu cür fəaliyyətlər mahiyyət etibarilə silahlı münaqişələrdə dolayı iştirak sayılır. Biz bəyan edirik ki, belə kvazi-mülki kosmik infrastruktur cavab zərbəsi üçün qanuni hədəf ola bilər”, - Vorontsov vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti