İranlı nazir İsfahana PUA hücumundan danışdı

   İranlı nazir İsfahana PUA hücumundan danışdı
  16 Fevral 2023    Oxunub:621
İranın müdafiə təyinatlı məhsullarının istehsalı 3 dəfə, ixracı isə 5 dəfə artıb. AzVision.az xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.
Nəşr müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Məhəmmədrza Gərayi Aştianiyə istinad edib.

Nazir iddia edib ki, ölkəsi müdafiə sənayesi sahəsindəki ideal şəraitdən yararlanır. O, həmçinin bu yaxınlarda İsfahan şəhərinin mərkəzinə olan PUA hücumuna da münasibət bildirib.

İranlı general deyib ki, İsfahan hadisəsi "İran İslam Respublikasının hakimiyyəti ilə barışa, dözə bilməyən bir düşmən tərəfindən törədilib".

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti