İranın Rusiyaya verdiyi PUA-lar gələcəkdə ərəblər üçün təhlükəyə çevriləcək

  İranın Rusiyaya verdiyi PUA-lar gələcəkdə ərəblər üçün təhlükəyə çevriləcək
  16 Fevral 2023    Oxunub:1115
İran silahlarından yalnız Rusiya ordusu Kiyevə qarşı müharibədə istifadə etmir. Ukrayna ordusuna da İran silahları göndəriləcək.
AzVision.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, bu dəfə silahları göndərən Tehran olmayacaq.

- İran savaşın davam etdiyi Yəməndəki tərəfdaş qruplara illərdir gizli yollarla silah və sursat göndərib. ABŞ onların bir hissəsini Yəmənin dəniz limanlarında ələ keçirib. Söhbət minlərlə tüfəngdən, milyonlarla patrondan və tank əleyhinə minalardan gedir. Bu silahlar Amerikaya lazım deyil. Ancaq Ukrayna ordusuna istənilən təhcizat faydalıdır. Ona görə də, Vaşinqton ələ keçirdiyi İran silah və sursatlarını Ukraynaya göndərməyi planlaşdırır. Sadəcə olaraq bunun üçün Ağ Evə Konqresin razılığı lazımdır, -ekspert qeyd edib.

Bu arada, Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda ABŞ-la ərəb ölkələrinin diplomatları arasında məsləhətləşmələr keçirilib. Amerikalı diplomatlar ərəb həmkarlarına İran təhlükəsi barədə əlavə məlumat veriblər və onu da deyiblər ki, İranın Rusiyaya verdiyi pilotsuz uçuş aparatları gələcəkdə ərəb ölkələri üçün təhlükə mənbəyinə çevriləcək.

- Bu xəbərdarlığa qədər də İran bölgədəki müttəfiq silahlı qruplar vasitəsilə ərəb ölkələrinin bir qismini hədəfə götürüb. İran istehsalı olan dronlar Yəmən üzərindən Səudiyyə Ərəbistanının neft emalı zavodlarına zərbələr endirmişdi. İranın pilotsuz uçuş aparatlarının istifadə trayektoriyası genişlənib. Ona görə də İrana qonşu ölkələrin hava məkanlarını gücləndirməsi vacibdir.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran   Rusiya   Ukrayna   Silah  





Xəbər lenti