Paşinyan: "Sülh sazişi layihəsini Bakıya göndərmişik"

      Paşinyan:    "Sülh sazişi layihəsini Bakıya göndərmişik"
  16 Fevral 2023    Oxunub:1152
"Fevralın 15-də Ermənistan Azərbaycanla sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa vurub. Təklifləri Bakıya göndərdik".
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, sənəd ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də təhvil verilib.

"Biz layihə üzərində belə bir məntiqlə işləyirik - hər an imzalamağa hazır olduğumuz sənədi əldə etmək. Aydın məsələdir ki, sənəd Azərbaycan üçün də məqbul sayılmalıdır. Amma ümid edirik ki, üç il ərzində aparılan danışıqlarla əldə olunmuş müəyyən irəliləyişləri inkişaf etdirmək mümkün olacaq", - baş nazir vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti