ABŞ kəşfiyyatçısı: "Putin təqdirəlayiq səbr nümayiş etdirir"

      ABŞ kəşfiyyatçısı:    "Putin təqdirəlayiq səbr nümayiş etdirir"
  16 Fevral 2023    Oxunub:1171
Rusiya prezidenti Vladimir Putin təqdirəlayiq səbr nümayiş etdirir. AzVision.az xəbər verir ki, bu fikri ABŞ Dəniz Piyadaları Korpusunun təqaüddə olan kəşfiyyat zabiti Skott Ritter deyib.
O, məşhur “Naturalist Capitalist” YouTube kanalına verdiyi müsahibədə onu da vurğulayıb ki, ABŞ 2008-ci ildən Putini təxribatlara çəkir. Eks-kəşfiyyatçının sözlərinə görə, Rusiya və ABŞ hökumətləri arasında kommunikasiyanın olmaması hazırda dünyada yaranmış gərgin vəziyyətə mənfi təsir göstərir. Eyni zamanda, "rusofobiya virusu"na yoluxmuş amerikalılar Ukraynada səslənən mifik qələbələrə inanaraq “ABŞ-ın Əfqanıstandakı əməliyyatları ilə bağlı əvvəlki situasiyaları təkrarlayırlarlar. Hansı ki, Kabildə heç nə qazanmadan geri çəkilmişdilər”.

Əks-hücum silahı: Ukrayna gözləyir, Qərb yubanır – TƏHLİL
Qeyd edək ki, Ritter əvvəllər də dəfələrlə ABŞ siyasətini və ölkəsinin Kiyevə yardımlarını tənqid edib. O, Ukraynadakı müharibə başa çatdıqdan sonra Rusiyanın dünyanın ən güclü ölkələrindən birinə çevriləcəyinə əmindir. Keçmiş kəşfiyyatçı həmçinin belə hesab edir ki, Vaşinqton Kiyevi məğlubiyyətə hazırlayır.

Xatırladaq ki, bir neçə gün öncə məşhur amerikalı jurnalist Endryu Napolitano da Vladimir Putin haqqında xoş sözlər işlətmişdi. O qeyd edib ki, Rusiya liderinin “sakitliyi və təmkinliliyi” Üçüncü Dünya Müharibəsinin başlamasını əngəlləyən yeganə amil olması fikri ilə razıdır. Napolitano Putini Qərbə qarşı siyasətdə “ehtiyatlı, diqqətli və inandırıcı” siyasət yürütdüyünü deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   ABŞ   Kəşfiyyat   Ukrayna  





Xəbər lenti