Ərdoğan AFAD-a toplanan məbləği açıqladı

   Ərdoğan AFAD-a toplanan məbləği açıqladı
  15 Fevral 2023    Oxunub:837
“Türkiyə, tək ürək” adı altında zəlzələdən zərər çəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayıma prezident Rəcəb Tayyib Ərdoğan qoşulub. O, yardım məqsədilə toplanan məbləği açıqlayıb.
Ərdoğan bildirib ki, Nazirlər Kabinetinin iştirak edən üzvlər və dövlət məmurları, dostların etdikləri yardım çərçivəsində AFAD-a ümumilikdə 136 milyon 589 min lirə toplanılıb.

"Ölkədən və xaricdən AFAD hesabına gələcək hər qəpik zəlzələ qurbanlarımız üçün istifadə olunacaq. Bu gün ümid edirəm ki, xalqımız bütün zamanların rekordunu qıracaq. Əvvəlcə Xəzinə və Maliyyə Nazirliyindən 100 milyard lirəlik dəstək verdik və bu dəstək evlərin tikintisi zamanı da davam edəcək. Evləri bir il ərzində tamamlayıb sahiblərinə təhvil verəcəyik”, Ərdoğan əlavə edib.

Qeyd edək ki, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə, tək ürək” adı altında zəlzələdən zərər çəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirir.

AzVision.az


Teqlər:





Xəbər lenti