"Qlobalizm dünyada sivilizasiyaları dağıdacaq" - Mask

   "Qlobalizm dünyada sivilizasiyaları dağıdacaq" -    Mask
  15 Fevral 2023    Oxunub:998
Amerikalı milyarder İlon Mask dünyada sivilizasiyanın dağılacağını proqnozlaşdırıb.
AzVision.az xəbər verir ki, İlon Mask Birləşmiş Ərəb Əmirliklərində keçirilən Ümumdünya Hökumətlər Sammitində çıxış edib.

"SpaceX" rəhbəri sammit iştirakçılarına ölkələr arasında çox sıx əməkdaşlıq təhlükəsi barədə xəbərdarlıq edib. Mask əmindir ki, dövlətlər məsafə saxlamalıdırlar, çünki əks halda “hər şeyin bir anda dağılacağı” Romanın süqutu ssenarisi təkrarlana bilər.

"Hər bir ölkə öz inkişaf yolunu seçdiyi zaman sivilizasiya müxtəlifliyi xilas olacaq", Mask təhlükəni qlobalizmdə və vahid dünya hökumətinin yaradılmasında görür.

Milyarder eyni zamanda süni intellektin inkişafını ləngitməyə və qalıq yanacaqlardan istifadədən imtina etməyə çağırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti