Koronavirus pandemiyası bu il sona çata bilər

Koronavirus pandemiyası bu il sona çata bilər
  15 Fevral 2023    Oxunub:1032
Hökumətlərin əllərində olan mövcud vasitələr ilə bu il COVID-19 pandemiyasına son qoya bilər.
AzVision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi brifinqdə deyib.

"Bu ay dünyada COVID-19-dan ölənlərin və yoluxma hallarının sayı azalıb. Lakin onunla mübarizə aparmaq üçün əlimizdə olan vasitələr hələ də çoxdur. Bu il COVID-19 pandemiyasına son qoymaq üçün alətlərimiz var", - ÜST rəhbəri bildirib.

Qeyd edək ki, hazırda dünyada 754 milyondan çox təsdiqlənmiş koronavirus infeksiyası və 6,8 milyondan çox ölüm faktı qeydə alınıb.

AzVision.az



Teqlər:





Xəbər lenti