NATO yeni hərbi planlaşdırma konsepsiyasını təsdiqləyib
![NATO yeni hərbi planlaşdırma konsepsiyasını təsdiqləyib NATO yeni hərbi planlaşdırma konsepsiyasını təsdiqləyib](https://azvision.az/photos/2023/02/1676474216.jpg)
"Müttəfiqlər NATO-nun müdafiə planlaması üçün yeni konsepsiya üzərində razılığa gəliblər. Bu, yeni reallığı əks etdirir. Biz daha təhlükəli dünyada yaşayırıq: Rusiyanın aqressiv davranışı, terror təhlükəsi və Çindən gələn çağırışlar", - o deyib.
Onun sözlərinə görə, yeni konsepsiya NATO-nun yeni reallıqlarda etibarlı və güclü müdafiəsini təmin edəcək. O, həmçinin bu məsələnin NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammitində müzakirə ediləcəyini vurğulayıb.
NATO-nun müdafiə nazirləri həmçinin Gürcüstan və Moldovaya hərbi yardımı genişləndirmək barədə razılığa gəliblər.
"Nazirlər risk altında olan digər tərəfdaşlara, o cümlədən Bosniya və Herseqovina, Gürcüstan və Moldovaya olan öhdəliyimizi müzakirə etdilər. Və biz onların müdafiə qabiliyyətini və dayanıqlığını artırmaq üçün dəstəyimizi irəli sürməyə razılaşdıq", - deyə o, üç ölkənin Rusiya təhlükəsi fonunda köməyə ehtiyacı olduğunu vurğulayaraq NATO-nun mühüm tərəfdaşları olduğunu deyib.
AzVision.az
Teqlər: