Ermənistan və Türkiyə sərhədlərini üçüncü ölkə vətəndaşlarına açır
![Ermənistan və Türkiyə sərhədlərini üçüncü ölkə vətəndaşlarına açır Ermənistan və Türkiyə sərhədlərini üçüncü ölkə vətəndaşlarına açır](https://azvision.az/photos/2023/02/Screenshot_15-1676467408.jpg)
“Üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılmasına gəlincə, nazirimiz çıxışında qeyd etdi ki, bu məsələ ilə bağlı işə yeni təkan vermək üçün razılıq əldə olunub.
İki nazir bu razılığa gəliblər və biz Marqara körpüsünün ən qısa zamanda istismara başlaması üçün əlimizdən gələni edəcəyik”, - Türkiyənin xüsusi nümayəndəsi Ermənistan və Türkiyə XİN rəhbərlərinin Ankarada keçirilən görüşünün nəticələrini təqdim edərkən bildirib.
O, həmçinin son vaxtlar atılan addımların yaxın gələcəkdə münasibətlərin normallaşması prosesinə müsbət təsir edəcəyinə əminliyini ifadə edib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: