- Növbəti on ildə Ermənistan dövlətini qoruyub saxlamaq üçün ölkəmiz iki mühüm məsələyə diqqət yetirməlidir. Birincisi, ölkədə erməni əhalinin ən azı 75%- təşkil edəcəyinə zəmanət vermək. İkincisi isə Türkiyə və Azərbaycanın Ermənistan iqtisadiyyatındakı payını 20%-dən çox olmayan səviyyədə saxlamaq. Bu gözlənilən problemlərə proqnozlaşdırılan böyük həcmli investisiyalar və müxtəlif ölkələrdən Ermənistana olacaq əmək miqrantları ilə bağlı axınlar səbəb olur.
Əgər bu iki problemi həll edə bilsək, əlverişli regional şəraitdə erməni dövlətini bərpa etmək və ya yeni bir dövlət yaratmaq imkanımız olacaq, - eks-deputat deyib.
Tural Tağıyev
AzVision.az