Çavuşoğlu: "Ankara və İrəvan yerüstü əlaqənin açılmasını sürətləndirmək barədə razılığa gəliblər"

      Çavuşoğlu:    "Ankara və İrəvan yerüstü əlaqənin açılmasını sürətləndirmək barədə razılığa gəliblər"
  15 Fevral 2023    Oxunub:1038
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə günü erməni həmkarı Ararat Mirzoyan ilə iki ölkə arasında yerüstü əlaqənin açılması məqsədi ilə infrastrukturun hazırlanması prosesini sürətləndirmək üçün razılıq əldə etdiyini bildirib.
"Hər iki tərəfdə sərhəd-keçid məntəqələrinə yaxın yollarda və körpülərdə aparılan təhlillərin və yoxlamaların nəticələri var. Hazırda iş gedir, sərhəd-keçid məntəqələrinə gedən yollarla bağlı atacağımız addımlar var.

Bu gün biz bu tədbirlərin qəbulunu sürətləndirmək üçün razılaşdıq”, - Çavuşoğlu Ankarada Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.

O xatırladıb ki, bu marşrut tarixi “ipək yolu”dur və “onun bərpası böyük əhəmiyyət kəsb edəcək”.

Eyni zamanda, Mirzoyan bildirib ki, İrəvan Ankara ilə münasibətlərin tam normallaşmasına və ölkələr arasında sülhün bərpasına hazırdır. O deyib ki, ölkələr iki ölkə sərhədində yerləşən Ani körpüsünü birgə təmir etmək niyyətindədirlər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti