İrəvanda "Öcalana azadlıq" şüarı ilə aksiya keçirilib
![İrəvanda "Öcalana azadlıq" şüarı ilə aksiya keçirilib İrəvanda "Öcalana azadlıq" şüarı ilə aksiya keçirilib](https://azvision.az/photos/2023/02/fghfghfghfghfghfghfghfg-1676456025.jpg)
Aksiya iştirakçıları rəsmi Ankaranın ünvanına şər-böhtan dolu şüarlar səsləndiriblər. Radikal kütlə PKK, "Suriya Demokratik Qüvvələri" və "Xalq Müdafiə Birlikləri"nin bayraqları, eləcə də Öcalanın fotolarını qaldıraraq İrəvanın mərkəzindən keçib. Onlar BMT-nin ofisinə çatdıqda burada bəyanat oxuyaraq onu məktubla birlikdə quruma təqdim ediblər.
Kürd icmasının rəhbəri, Ermənistan parlamentinin üzvü Şahzadə Həsənovun jurnalistlərə verdiyi açıqlamada deyib ki, BMT Öcalanı həbsdən azad etmək üçün bütün rıçaqlardan istifadə etməlidir.
Onun sözlərinə görə, Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin nəticələrini və çoxsaylı insan tələfatını nəzərə alaraq, Ocalanın azadlığa buraxılması üçün təcili tədbirlər görülməlidir.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan Aksiya Öcalan